Prezidentin qanunsuz tikililərlə bağlı tapşırığı həll edilmək ÜZRƏDİR
(14-12-2021, 18:00)

Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında FHN-in Şəhərsalma və Arxitektura Komitəsi, İcra Hakimiyyəti ilə birlikdə qanunsuz tikililərlə bağlı problemin nəzarətə götürüldüyünü açıqlayıb. Nazir bildirib ki, Azərbaycanda bir dənə də olsun qanunsuz tikili qalmayacaq.

 

Bununla bağlı danışan iqtisadçı-deputat Vahid Əhmədov da nazirin fikirlərini təsdiqləyib. V. Əhmədovun sözlərinə görə, qanunsuz tikililər, sənədsiz evlər problemi yaxın illərdə tamamilə həllini tapacaq:

 

“Qanunsuz tikililər və sənədsiz evlər problemi həll ediləcək. Azərbaycanda, xüsusilə Bakıda, Sumqayıtda, Gəncədə və digər ərazilərdə aparılan inşaat göstərir ki, sənədsiz evlərin çoxu qalmayacaq. Çünki Şəhərsalma və Arxitektura komitəsi də bununla bağlı yeni qaydalar tətbiq edir. Hesab edirəm ki, tikinti bumunun olduğu bir dövrdə Azərbaycanda 4-5 ilə köhnə, qanunsuz tikili qalmayacaq. Bu tikililərin hamısı yeniləri ilə əvəz ediləcək, insanlar daha yaxşı şəraitdə yaşayacaq.

 

Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, hər kəsin evlə təmin edilməsi həmişə dövlət siyasətinin prioritetlərindəndir. Düzdür, köhnə evlər söküləndə ödəmələrlə əlaqədar problemlər çıxır, yaxud bəzən insanlar onlara vəd olunan mənzillə razılaşmırlar və s. Amma bütün bunlar yoluna qoyulacaq məqamlardır. Çalışmaq lazımdır ki, narazılıqlar olmasın, insanların mənzil problemi onların xeyrinə həll edilsin”.

 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev göstəriş verib ki, qanunsuz tikililər hamısı qeydiyyata alınmalı, onlara sənəd verilməlidir:

 

“Mən maraqlanmışam, artıq sənədlərin verilməsinin yekunlaşmaq üzrə olduğu bildirilib. Ola bilər, hansısa mübahisəli məsələlər qalsın. Ümumilikdə isə problemin yekunlaşması yaxın gələcəkdə mümkün olacaq”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 100

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031