İsraildən BƏƏ-yə tarixi səfər : Hədəfdə İrandır?
(14-12-2021, 14:00)

İsrailin baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfər edib. Bennet Əbu-Dabidə BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl Nəhyan ilə görüşüb. Bundan əvvəl heç bir İsrail baş naziri BƏƏ-yə səfər etməyib.

 

İyun ayında İsrailin xarici işlər naziri Yair Lapid BƏƏ-yə gedib və ölkəsinin Əbu-Dabidəki səfirliyinin və Dubaydakı konsulluğunun açılışını edib. İki ölkə keçən il ABŞ-ın vasitəçiliyi ilə münasibətlərini normallaşdırmaq barədə razılığa gəliblər. Bennett və əl Nahyan bazar günü axşam vəliəhdin sarayında görüşüblər. 

 

Diplomatik təmaslarda hər iki tərəf İranın fəaliyyətindən narahatlığını ifadə etsə də, BƏƏ Tehranla münasibətlərini yaxşılaşdırmağa çalışır.

 

2015-ci ildə İran beynəlxalq sanksiyaların ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşıb. Sazişin digər tərəfləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya) və Almaniya idi. AB Prezidenti Co Bayden Trampın geri çəkilməsi ilə faktiki olaraq ləğv edilmiş razılaşmaya qayıtmaq istəyir. İsrail isə müqavilənin yenidən canlandırılmasına qarşı beynəlxalq və regional ittifaqlar yaratmağa çalışır.

 

Lakin İsrail baş nazirinin səfəri zamanı bu məsələnin müzakirə edilib-edilmədiyi və ya nəyin müzakirə edildiyi bəlli deyildi.

 

BƏƏ-nin rəsmi xəbər agentliyi olan WAM-a verdiyi açıqlamada Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan “Yaxın Şərqdə sabitlik” arzusu etdiyini ifadə edib. O ümid edir ki, Bennetin səfəri “regionda daha müsbət addımlar atılması üçün əməkdaşlıq əlaqələrini inkişaf etdirəcək.

 

Rəsmi açıqlamalarda İranla bağlı heç nə deyilməyib, yalnız ikitərəfli ticarət əlaqələrinin inkişafı və mülki sahədə əməkdaşlıq qeyd edilib.

 

“Reuters” agentliyinin məlumatına görə, iyul ayında İsrailin Əbu-Dabidəki səfiri vəzifəsinə təyin olunan Əmir Hayek İsrail Ordusu Radiosuna müsahibəsində İranın iclasın gündəmində olub-olmaması ilə bağlı sualları cavablandırmaqdan yayınıb və sadəcə bildirib ki, baş nazir Buraya təkcə İran məsələsini müzakirə etmək üçün gəlmir.

 

İsrailin “Hayom” qəzeti adının açıqlanmasını istəməyən rəsmilərə istinad edərək yazıb ki, baş nazir Bennett ən-Nahyanı İranın bölgədəki milis qüvvələrinə, o cümlədən silahlıların istifadə etdiyi pilotsuz uçuş aparatlarına verdiyi dəstək barədə məlumatlandıracaq.

 

İsrail keçən ay İrana qarşı körfəzdəki ərəb dövlətləri ilə birgə müdafiə yaratmaq niyyətini ifadə edib. İsrail səfiri Hayek də BƏƏ-yə silah satışı ilə bağlı danışıqların aparıldığını bildirib və əlavə edib ki, İsrail yeni bir dost, uzunmüddətli tərəfdaşla əməkdaşlıq edir və həm müdafiə ehtiyaclarını, həm də bir ölkə ilə necə işləyəcəyini qiymətləndirir.

 

2020-ci ildə İsrail və BƏƏ-nin xarici ticarət həcmi 125 milyon dollar olub. Bu rəqəm 2021-ci ildə 500 milyon dollara yüksəlib və sürətlə artacağı gözlənilir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 74

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031