Rövnəq Abdullayev Prezidentin “Qarabağ”la görüşünə ÇAĞIRILMADI
(13-12-2021, 14:30)

Bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə əldə edən “Qarabağ” klubunu qəbul edib. Maraqlıdır ki, görüşə AFFA rəhbərliyi dəvət olunmayıb. Nə AFFA prezidenti Rövnəq Abdullayev, nə də icraçı vitse-prezident Elxan Məmmədov qəbulda olub.

 

İndiyə qədər ölkə başçısı “Qarabağ” klubunu iki dəfə qəbul edib. Həmin görüşlərin hər ikisində AFFA rəhbərliyi də yer alıb.

 

İlk dəfə 2014-cü ildə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dövlət başçısı tərəfindən qəbul edilmişdi. Həmin görüşdə həm AFFA prezidenti Rövnəq Abdullayev, həm baş katib Elxan Məmmədov, həm də PFL prezidenti Ramin Musayev iştirak etmişdi. 

 

 

Prezident “Qarabağ”la ikinci dəfə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra görüş keçirmişdi. Həmin vaxt da AFFA prezidenti Rövnəq Abullayev Ağdam klubu ilə birlikdə qəbulda yer almışdı.

 

 

Bugünkü qəbulda “Qarabağ”la birlikdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 111

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031