Tovuzda iki qardaş bıçaqlandı - Biri öldü
(8-12-2021, 13:30)

Tovuz rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.
Hadisə rayonun İbrahimhacılı kəndindəki çay evinin qarşısında qeydə alınıb.
Çay evini işlədən 1964-cü il təvəllüdlü Ənvər Əlirzayev və onun qardaşı Fərman Əlirzayevlə kənd sakini Maksim Mehdiyev arasında mübahisə düşüb. Bu zaman Maksim Mehdiyev qardaşları bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Ə. Əlirzayev orada ölüb, F. Əlirzayevin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən M. Mehdiyev polis tərəfindən axtarılır.
Ana səhifəyə qayıt
Oxunub: 82
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar