Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı
(6-12-2021, 18:00)

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 6-da Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
İclasda qurumun üzvləri ilə yanaşı, parlamentin sədri Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan, parlament sədrinin müavini Ruben Rubenyan, hakim “Vətəndaş müqaviləsi” parlament fraksiyasının rəhbəri Ayk Koncoryan, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan, habelə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan da iştirak edib.
Qeyd edək ki, şuranın gündəliyi barədə məlumat verilməyib.
Ana səhifəyə qayıt
Oxunub: 90
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər