Erməni təxribatı nəticəsində ölən hərbçilərin ailələrinə sığorta ödənişlərinə BAŞLANILIB
(6-12-2021, 17:30)

Bu ilin noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA)  verilən məlumata görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib.

 

“16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”, - deyə icraçı direktor bildirib”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 89

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031