Zəfər amnistiyası 3676 məhkuma şamil edilib
(6-12-2021, 14:00)

Zəfər günü münasibətilə Amnistiya aktı qəbul edildikdən sonra aidiyyəti qurumlara tapşırıqlar verildi. Aktın qəbul olunmasından keçən bir ay ərzində bu akt 3676 məhkuma tətbiq edilib.
Bunu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
E.Musayev bildirib ki, aktın icra edildiyi cəzaçəkmə müəssisələrinin sayı 1506 olub:
“Bununla yanaşı məntəqə tipli cəzaçəkmə müəssisələrində, məhkəmələrdə də aktın tətbiq edilməsi təmin olunub.
Amnistiyanın tətbiq edildiyi müəssisələrin 58 faizindən çoxu Bakı şəhərinin payına düşür”.
Ana səhifəyə qayıt
Oxunub: 89
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər