Bakı və Sumqayıtda pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
(6-12-2021, 09:00)

Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.
Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.
Ana səhifəyə qayıt
Oxunub: 79
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar