Şəhid oğluna vəzifə verildi
(2-12-2021, 10:30)

Ölkənin hər yerində Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına diqqət göstərilir. Bu günlərdə daha bir şəhid oğlu Füzuli Rayon İcra Hakimiyyətində işə qəbul olunub. Vətən müharibəsinin şəhidi Üzeyir Qəhrəmanovun oğlu Xəlil Qəhrəmanlı Füzuli rayon İcra Hakimiyyətinin başçısının Aparatında dövlət qulluğuna işə qəbul olunub.
Xəlil Qəhrəmanlı 1998-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində anadan olub, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “iqtisadiyyat” ixtisası üzrə bitirib. 2021-ci ildə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu vəzifəsi üzrə test imtahanında iştirak edərək, müvəffəqiyyət qazanıb və müvafiq sertifikat əldə edib.
Ana səhifəyə qayıt
Oxunub: 85
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər