Yenə mina PARTLAYIŞI - Yenə xəsarət
(29-11-2021, 18:00)



29 noyabr 2021-ci ildə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Cəbrayıl Rayon Prokurorluğundan  verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 86

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031