“Paşinyan 16 noyabr döyüşündən sonra ağlını başına qoymalıdır...”
(26-11-2021, 16:00)


“Paşinyan 16 noyabr döyüşündən sonra ağlını başına qoymalıdır...”
Ermənistan ordusunda 16 noyabr birgünlük döyüşündən sonra tabor komandiri həbs edilib. Əməkdaşımızın hazırladığı yazıda bildirilir ki, istintaq komitəsi 10 döyüş mövqeyinə cavabdeh olan tabor komandiri mayor Q.Q-ni həbs edib.
 
Politoloq Zərdüşt Əlizadə deyib ki, 16 noyabr döyüşündən sonra Paşinyan ağlını başına qoymalıdır: 
 
“Ermənistan ordusunda oyunlar gedir və həbslərin olması normaldır. 44 günlük Vətən müharibəsindən sonra da Ermənistan ordusunda həbslər başlamışdı. Hakimiyyət daxildəki vəziyyətə nəzarəti ələ almaq üçün ordunu təmizləyir. Paşinyan 16 noyabr döyüşündən sonra ağlını başına qoymalıdır. Həmin döyüşdə bir daha erməni hərbçiləri Azərbaycan hərbçilərinin qarşısında tab gətirə bilmədi və postdan qaçdılar. Məsələ burdadır ki, Ermənistanda o həcmdə həbsxana yoxdur ki, bütün xainləri tutub həbs etsinlər. Ona görə də xainlərin yarısı vəzifədədir, yarısı da ilxı kimi gəzir”. 
 
Bildirilir ki, erməni komandir 7 hərbçi ilə birlikdə mövqedən qaçıb, nəticədə 11 əsgər əsir düşüb, 2 nəfərin meyiti noyabrın 17-si və 19-da Ermənistan tərəfinə təhvil verilib. 
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 84

Xəbər lenti