"Mən çox imtahanlar vermişəm, amma bu günki sərgi də mənim üçün bir imtahandır...”
(26-11-2021, 09:30)


“Bilirsiniz ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə sadəcə Azərbaycanda deyil, ümumiyyətlə türk dünyasında aşıq sənətinin böyük ustadı Aşıq Ələsgərin ölkədə 200 illik yubileyi qeyd olunur. Biz böyük üzüntü içərisindəyik. Çünki Aşıq Ələsgərin məzarı bu gün Ermənistan adlanan tarixi ata-baba torpaqlarımızdadır. Çox təəssüf ki, Aşıq Ələsgərin məzarı, qəbir üstü abidəsi dağıdılıb. Amma biz cənab prezidentin bu sərəncamı ilə Aşıq Ələsgərin yaradıcılığını, onun irsini ölkəmizdə qorunub təbliğ olunmasını, dünyaya daha çox çatdırılması məsələsini xüsusi diqqətdə saxlayırıq. Təbii ki, bu istiqamətdə də bütün qurumların üzərinə vəzifələr düşür”
 
Bunu açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva xalq rəssamı Arif Hüseynovun Aşıq Ələsgər yaradıcılığına həsr etdiyi sərgidən danışarkən deyib. O daha sonra əlavə edib.
“Arif müəllimlə sərgi haqda söhbət edəndə çox məmnun oldum ki, o aşıq yaradıcılığını bu qədər dərindən bilir, böyük önəm verir. Bilirsiniz ki, aşıq sənəti Mehriban xanım Əliyevanın sayəsində YUNESKO-nun “Qeyri-maddi mədəni irs” siyahısına daxil edilib. Aşıq Ələsgərin 200 illik yubileyinə ən gözəl sərgi bu ola bilər. Mədəniyyət komitəsi olaraq bu layihəyə dəstək olmaqdan çox məmnunuq. Bu gün istədiyimiz ondan ibarətdir ki, bu sərgidə nümayiş olunan əsərlərin bir hissəsi bizim muzeylərimizə getsin. Çünki muzeylərimizdə bu əsərlərə ehtiyac var. Xüsusilə də Tovuzda yerləşən Aşıq muzeyində bu əsərlərin bir çoxunun nümayiş etdirilməsi çox gözəl olardı” deyə Qənirə Paşayeva bildirib.
 
Daha sonra Arif Hüseynov sərgi haqda danışıb.
“Yəqin ki, rəsm həvəskarları mənim yaradıcılığımla tanışdırlar. Mənim yaradıcılığımda ümumiyyətlə folklor, nağıllar, əfsanələr böyük yer tutur. Təbii ki, aşıq sənəti də onların içərisində olmaqla. Düşündüm ki, mən bu sərgini etməliyəm. Əlimdə materiallar var idi, oturdum işlədim. İstədim ki, bu da bir tarixə çevrilsin. Burada bir neçə tanınmış aşığın portreti yer alıb, daha sonra isə digər rəsmlər. Bu günləri düşünürəm ki, Azərbaycan təsviri sənətində bir boşluq var idi. Mən də bu işlərlə məşğulam. Bu işləri hazırlamaq böyük vaxt apardı. Baxmayaraq ki, mən çox imtahanlar vermişəm, amma bu günki sərgi də mənim üçün bir imtahandır” deyə sənətkar bildirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 86

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031