Energetiklər Kəlbəcərin azad edildiyi günü iş başında qeyd ediblər
(26-11-2021, 10:00)


Energetiklər Kəlbəcərin azad edildiyi günü iş başında qeyd ediblər


Azərişıq” ASC-nin əməkdaşlarının Kəlbəcər rayonunda elektrik enerjisi şəbəkəsinin qurması ilə bağlı görüntüləri yayılıb.


Görüntülər 25 noyabr 20221-ci il tarixində - Kəlbəcərin azad edilməsinin 1-ci ilinin tamam olduğu gündə qeydə alınıb.


Qeyd edək ki, artıq bir müddət əvvəl “Azərişıq” Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib. 

Rayonun elektrik enerjisi təchizatı üçün əsas mənbə kimi “Daşkəsən” və “Əhmədli” stansiyalarından istifadə olunur.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.

Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb.

İşğalçı Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 93

Xəbər lenti