"Paşinyan əsas məsuliyyətdən yayınmaq üçün əsirlərin qaytarılması məsələsini qabardacaq"
(26-11-2021, 12:38)

Türkiyənin Akdeniz Unversitetinin Beynəlxalq münasibətlər fakültəsinin rəhbəri Hayati Aktaş sabah Soçidə baş tutacaq Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı Moderator.az - a açıqlama verib:
"Soçi görüşü öncəsi 24 noyabrda cənab Əliyev Rusiya hökuməti sədrinin Müavini Aleksey Overçuku qəbul etdi və çox güman ki, Əliyev bu zaman Rusiya təfinə öz şərtlərini bildirib. Düşünürəm, bu zaman cənab Əliyev Rusiyanın və xüsusilə də, Rusiya şirkətlərinin Qarabağa və Şərqi Zəngəzura cəlb olunmasının qonşu dövlət Rusiya, Azərbaycan və ümumi region üçün zəruri hesab edib. Diqqətinizi başqa bir vacib məqama çəkmək istərdim. Bu gün, yəni 25 noyabrda Şarl Mişel və Vladimir Putin arasında telefon danışığı olub və Mişel Putindən Qarabağdakı sülhməramlılar haqqında soruşub. Putin isə onların işini yüksək qiymətləndirib və Cənubi Qafqazda sülhün təbliğinə doğru yönəlmiş iqtisadi münasibətlərin və nəqliyyat xətlərinin bərpasında maraqlı olduqlarını söyləyib. Təbii ki, Şarl Mişel çox hiyləgər və peşəkar diplomatdır və sülməramlıların fəaliyyətini soruşarkən bunu deməyə çalışıb ki, əgər sülhməramlılar bölgəyə sabitliyi qorumaq üçün gəlibsə, niyə yenidən atəşkəs pozulur? Hər iki tərəfdə canlı itkilər baş verir? Putin isə öz zənnimcə söhbəti başqa istiqamətə yönəldib.
Paşinyana gəlincə isə düşünürəm ki, o indi əsasən öz xalqının dəstəyini qazanmaq niyyətindədir. Buna görə də Soçi görüşündə müzakirəyə çıxaracağı əsas məsələ Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin olunması məsələsi olacaq. 24 noyabrda verdiyi bəyanatda o bildirib ki, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizinin açılması müzakirə mövzusu olmayacaq. Bu bəyanatı da həmçinin ermənilərin dəstəyini qazanmaq üçün verib. Bunun əvəzində isə Cənubi Qafqazda nəqliyat xətlərinin bərpasını Türkiyə ilə müzakirə etmək istəyən Paşinyanın əsas məqsədlərindən biri də Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki bitərəfliyinə kölgə salmaq və öz üzərindəki əsas məsuliyyətdən yayınmaqdır. Çünki o öz açıqlamasında bildirib ki, Türkiyə tərəf tutmadan masaya əyləşərsə, Ermənistan danışıqlara hazırdır.
Həmçinin 16 noyabrda Azərbaycan-Ermənistan sərhədində Erməni tərəfinin hücumları nəticəsində yaranan qarşıdurma zamanı Erməni tərəfinin bildirdiyinə görə 32 əsgəri əsir götürülüb. Paşinyan öz ənənəsinə sadiq qalaraq əsas məsuliyyətdən yayınmaq üçün erməni əsirlərin qaytarılması məsələsini mütləq masada səsləndirəcək."
Ana səhifəyə qayıt
Oxunub: 89
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar