Tələbə kreditlərinə müraciətlərin qəbulu BAŞLADI
(25-11-2021, 14:00)

Təhsil tələbə kreditləri üçün müraciətlərin qəbuluna başlanıb.

 

Bunu təhsil tələbə kreditləri üçün müraciətlərin qəbuluna başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

 

Nazir qeyd edib ki, təhsil tələbə kreditləri ilk dəfə 1960-cı ildə dünyada tətbiq olunub:

 

"Hazırda 60 ölkə bu sistemdən istifadə edir. Bu hər bir ölkədə fərqli qaydada həyata keçirilir, amma ümumi tələblər də mövcuddur. Kreditlər tələbəyə deyil, birbaşa təhsil müəssisəsinə köçürülür və sığortalanır. Təhsil tələbə kreditlərinin verilməsində məqsədlərdən biri təhsilin əhatə dairəsini genişləndirməkdir".

 

İ.İsayev bildirib ki, yüksək bal toplayan bəzi tələbələr təhsil haqqı yüksək olduğu üçün qeydiyyata düşmür, bəziləri təhsillərini yarımçıq qoyurlar:

 

"Bu sistem təhsilə əlçatanlığın təmin edilməsinə xidmət edir".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 5

Xəbər lenti
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930