DİN rəsmisindən ÇAĞIRIŞ
(25-11-2021, 09:00)

“Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir. İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir. Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur”.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, indi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır:

 

“Bu anlaşılandır. Ancaq əraziyə kütləvi axının təmin olunması orada gedən işlərə mane ola bilər. Nəzərə alsaq ki, ərazidə daxil olan bir şəxs minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini  artırır. Bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın”.

 

DİN rəsmisi deyib ki, hazırda bütün dövlət qurumları bütün istiqamətlər üzrə kompleks fəaliyyətə cəlb edilib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 4

Xəbər lenti
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930