Müəllim valideynlərdən xəbərsiz uşağı məktəbə yazdırdı – Cinayət işi açıldı
(15-11-2021, 18:00)

Siyəzən şəhəri 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Yusif Ağayevin sənədlərinin 4 №-li uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 №-li tam orta məktəbin 1-ci sinifinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinifə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Siyəzən rayon prokurorluğundan verilən məlumatda bildirilib.
Qeyd edilib ki, araşdırma zamanı valideynlərin bu barədə Yusif Ağayevin 1-ci sinifə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinifə buraxılmaması müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |






