Türk Şurasının adının dəyişdirilməsinin ÜSTÜNLÜKLƏRİ
(15-11-2021, 17:30)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib. Ad dəyişikliyi iqtisadi baxımdan hansı üstünlüklər vəd edir?

 

 

Bu barədə  danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, institutsional baxımdan şura ilə müqayisədə təşkilat daha çox sistemləşdirilmiş idarəetməyə malik olan qurumdur:

 

“Belə ki, beynəlxalq praktikada şuralar adətən liderlərin, hökumət başçılarının (məsələn, dövlət başçılarının şurası və s.) və ya müəyyən kateqoriya insanların cəmləşdiyi (məsələn, tələbə şurası, şəhər şurası və s.) komitələr kimi fəaliyyət göstərir. Təşkilat isə daha keyfiyyətli idarəetmə forması hesab olunur.

 

İkincisi, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığın daha sistemli şəkildə əlaqələndirilməsi mümkündür. 1.2 tirlyon nominal ÜDM-ə malik olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir. Bu baxımdan, kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində daha ünvanlı və sistemli əməkdaşlıq mümkündür.

 

Üçüncüsü, bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib”.

 

Parlamentarinin sözlərinə görə, Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir:

 

“Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək.

 

Nəhayət, bu daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır. Bu isə o deməkdir ki, regionun yeni iqtisadi xəritəsi çızılmaqdadır.”

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 10

Xəbər lenti
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930