Sabah hava əksər insanlar üçün əlverişsiz olacaq - PROQNOZ
(15-11-2021, 13:30)

Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, sabah güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq.

 

Bakıda gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

 

Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 9

Xəbər lenti
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930