Amnistiya aktı artıq 500 nəfərə tətbiq olunub
(15-11-2021, 12:00)

“Amnistiya aktı qəbul edilən andan qüvvədədir. 5 noyabrda Milli Məclis tərəfindən Amnistiya aktı qəbul edilib və həmin gündən də onun tətbiqinə başlanılıb. Tətbiqi prosesi isə cəzaçəkmə müəssələri, probasiya xidməti, məhkəmələr, təhqiqat və istintaq orqanları və hərbi hissəsinin komandanlığı tərəfindən həyata keçirilir. Eyni zamanda, prokuror da iştirak edir. Bir sıra məsələlər prokurorla razılaşdırılıb həyata keçirilir”.


Bu fikirləri  açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun  rəhbəri Əliməmməd Nuriyev deyib. 


Ə.Nuriyev bildirib ki, Amnistiya aktının ümumilikdə 16-17 min nəfəri əhatə etməsi gözlənilir.

“Onlardan 5500 nəfər cəzadan azad ediləcək, o cümlədən 3 mini cəzadan tam azad ediləcək. Digər hissəsinin cəzası azaldılacaq. 8800 nəfər isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzalardan azad ediləcək. Burada ictimai işlərdə cərimə cəzalarından, islah işlərindən, eyni zamanda müəyyən vəzifə tutmaq hüququndan məhrum edilən şəxslərdən söhbət gedir. Bu da 15 minə yaxın şəxs əhatə edir”.

Ə.Nuriyev bildirib ki, hərbi hissə komandanlığı tərəfindən intizam xarakterli cəzalar tətbiq edilmiş şəxslər hərbi hissələrdən buraxılacaq.


“Amnistiya aktı kimə şamil olunursa, dərhal sənədlər prosedurlardan keçəndən sonra tətbiq edilir. Artıq 500 -ə yaxın şəxsə tətbiq olunub. Proses davam etməkdədir”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 5

Xəbər lenti
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930