Yevlax rayonunda tələbə qız oğurlandı: Valideynləri DİN rəhbərliyindən kömək istədi...
(13-11-2021, 17:30)


Yevlax rayonunda tələbə qız oğurlandı: Valideynləri DİN rəhbərliyindən kömək istədi...
Moderator.az xəbər verir ki, Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi yetkinlik yaşına çatmamış Təhməzli Rəvanə Məmməd qızı 12 noyabr 2021-ci il tarixində Allahverdiyev Elgiz Təbriz oğlu və dostları tərəfindən oğurlanıb. Valideynlərinin verdiyi məlumata görə onlar qızı Oğuz rayonunun Söyüdlü kəndinə aparıblar.
 
Bir sutkaya yaxındır ki, qızın yaxınları Yevlax rayon Polis İdarəsinin qarşısında naçar durumda qalıblar. Onlar Yevlax polisinin hadisəyə çox biganə yanaşdığını, hətta onlara polis tərəfindən təzyiqlər olduğunu bidiriblər. Arada valideynlərinə söz veriblər ki, tezliklə qızı tapacaqlar. Ancaq sonradan qızın yaxınkları anlayıblar ki, polis onları “yola verir”. Arada qız anası ilə telefon əlaqəsi saxlayıb və ağlayaraq onu tezliklə quldurların əlindən qurtarmalarını istəyib, yoxsa özünə qəsd edəcəyini söyləyib. Görəsən elmi-texniki tərəqqinin bu qədər inkişaf etdiyi bir dövrdə Yevlax polisi adam oğrularını niyə “tapa bilmir?” Yaxud onların cinayətkarlara qarşı bu qədər humanist davranmaları nədən qaynaqlanır?
 
Valideynlərin xahişini nəzərə alaraq Moderator.az hörmətli nazir general polkovnik Vilayət Eyvazova müraciət edir və onun bu məsələni şəxsi nəzarətinə götürəcəyinə şübhə etmirik. Ümid edirik ki, ən qısa zamanda Daxili İşlər Nazirliyi azyaşlının tapılıb ailəsinə təhvil verilməsini təmin edəcək..
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 11

Xəbər lenti
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930