“Haber Global” Arzu Əliyevanın beynəlxalq mükafata layiq görülməsi ilə bağlı süjet hazırlayıb - VİDEO
(13-11-2021, 16:00)


“Haber Global” Arzu Əliyevanın beynəlxalq mükafata layiq görülməsi ilə bağlı süjet hazırlayıb - VİDEO
Türkiyənin “Haber Global” telekanalı Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın "Türk dünyası mədəniyyətinə töhfə" mükafatına layiq görülməsi barədə süjet hazırlayıb.
 
Süjetdə İstanbulda keçirilən “Korkut Ata” Film Festivalının "Türk dünyası mədəniyyətinə töhfə" mükafatının Arzu Əliyevaya Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən təqdim edildiyi qeyd olunub.
 
Bundan başqa, festivalda ən yaxşı film mükafatı da Azərbaycana verilib. Belə ki, mükafata layiq görülən film “Səpələnmiş ölümlər arasında”dır.
 
Festivalın sonunda isə Bakı Media Mərkəzinin ekranlaşdırdığı “Biz” filmi nümayiş olunub. Qarabağ Zəfərinə həsr olunan filmdə Vətən müharibəsində həlak olan şəhidlərin yaxınları, qazilər və xalqın yaşadığı çətin, bir o qədər də qürurlu anlardan bəhs edilib. Filmin rejissoru isə Orman Əliyevdir.
 
Qeyd edək ki, “Korkut Ata” Film Festivalının 2023-cü ildə Şuşada keçirilməsi nəzərdə tutulub.
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 11

Xəbər lenti
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930