Yüzə yaxın imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb - FOTO
(13-11-2021, 14:30)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Vətən müharibəsi əlilləri də daxil olmaqla daha 94 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq (valideynlərindən birinin müşayiəti ilə) sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasına yola salınan həmin şəxslərdən bir hissəsi xəstəliklərinə uyğun olaraq “Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurları keçəcəklər.
2021-ci ilin ötən dövründə Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə 1 954 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
Ana səhifəyə qayıt
Oxunub: 96
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər