General Rusiya ilə müharibə riskinin yüksək olduğu barədə xəbərdarlıq etdi…
(13-11-2021, 12:00)


General Rusiya ilə müharibə riskinin yüksək olduğu barədə xəbərdarlıq etdi…

 

Britaniyanın Müdafiə Qərargah rəisi, general Nik Karter bildirib ki, Polşa-Belarus sərhədində miqrasiya böhranı fonunda Rusiya ilə müharibə riski soyuq müharibə dövründəkindən daha yüksəkdir. Karterin sözlərinə görə, Rusiya Qərb ölkələrini zəiflətmək naminə kütləvi miqrasiyadan istifadə etməyə və Avropaya qaz nəqlini dayandırmağa hazırdır, diplomatik kanalların olmaması isə vəziyyətin düzgün qiymətləndirilməsinə və münaqişənin kəskinləşməsinə səbəb ola bilər. Moderator.az xəbər verir ki, o, bu barədə Britaniyanın “The Times” qəzetinə müsahibəsində bildirirb.

Nəşrin yazdığına görə, Şərqi Avropada Moskvanın Ukraynaya hücuma hazırlaşdığı və kütləvi miqrasiyadan silah kimi istifadə etdiyi qorxusu ilə bağlı gərginlik artır. Dünən məlum olub kiBöyük Britaniya miqrasiya böhranının baş verdiyi Belarusla sərhəddə Polşaya kömək etmək üçün kiçik bir hərbi dəstə göndəribPolşanın Ojiş şəhərində, sərhəddən 129 km aralıda NATO qüvvələrinə daxil olan təxminən 150 Britaniya hərbçisi yerləşdirilibRusiya Polşa ilə mübahisədə Belarusu dəstəklədi və keçmiş Sovet respublikasına qoşun yeritdiRusiya Müdafiə Nazirliyinin məlumatına görə, Polşa sərhədi yaxınlığındakı təlimlərdə 250-yə yaxın rusiyalı desant iştirak edir.

 

Nik Karter müsahibəsində bildirib kiregional təsir uğrunda rəqabət güclənirlakin soyuq müharibə dövründə gərginliyi azaltmaq üçün istifadə edilən diplomatik kanallar artıq mövcud deyilOnlar olmadan münaqişənin kəskinləşməsi riski daha yüksəkdirBubizim üzzə qaldığımız real təhlükədir”.

 

General siyasətçilərə xəbərdarlıq edib kiBritaniya siyasətinin müəyyən aspektlərinin aqressiv xarakteri asanlıqla gərginliyə və vəziyyətin yanlış qiymətləndirilməsinə gətirib çıxara bilər: Biz hətta 10 və ya 15 il əvvəlkindən daha rəqabətli bir dünyada yaşayırıqVə düşünürəm ki, dövlətlər və böyük güclər arasında bu rəqabətin xarakteri gərginliyin artmasına səbəb olur”.

 

Karter Rusiya ilə gərginliyin və müharibənin başlama riskinin onun 44 illik karyerasında hər zamankından daha yüksək olduğu iddiası ilə razılaşıb. “Sən və mən böyüyəndə dünya ikiqütblü idi, iki blok var idi - Sovet İttifaqı və Qərb. İndi biz dünyanın çoxqütblü olduğu bir dövrdə yaşayırıq”, - deyə general jurnalistə xatırladıb. Britaniyanın müdafiə qərargahının rəhbərinin sözlərinə görə, Rusiya Qərbi Avropa və ABŞ-ı zəiflətmək üçün hər şeyə hazırdır, o cümlədən də kütləvi miqrasiya və Aİ-yə qaz tədarükünün dayandırılmasına.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 80

Xəbər lenti