Ötən gün toylara görə 21 nəfər cərimələnib
(4-11-2021, 12:00)


Ötən gün toylara görə 21 nəfər cərimələnib
Noyabrın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 73 toy şənliyinin monitorinqini həyata keçirib.
 
Monitorinq 54 şadlıq sarayını, 19 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
 
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
 
- 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 
 
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
 
- 62 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 88

Xəbər lenti