DƏRDİMİN DƏRMANI DƏRDİM- ŞƏHİDİM...
(3-11-2021, 10:25)

 
       Yurdumun bir Qarabağı var... Strateji, coğrafi, yerüstü-yeraltı zənginliyi ilə, maddi dəyəri, mənəvi ucalığı ilə yaranışından dartışmalarda olan,düşmənin bağrını yaran Qarabağ!
 Həm dərdimizin adı, həm qübarımız, həm mənliyimiz, fəxrimiz- fəxarətimiz,  and yerimiz- Qarabağ!
         Taleyimizin, tariximizin son 30 ilində dilimizdə qabar, ürəyimizdə qübar, gözlərimizin dikildiyi yaxın, amma yaxın olsa da, itkin, əsir yurdum... Qarabağsız böyüyən tam 30 illik bir nəsil, haqqında savaşa girdi və  səni bizə geri qaytardı. 30 ildən sonra Qarabağlı olduq. Şərəfli Vətən müharibəsinin mücahidləri Azərbaycan tarixinə yeni qəhrəmanıq  səhifəsiyazdılar.
Qəhrəmanliq tariximizin yeni erası olan Qarabağ savaşınını cəngavərləri  haqqında dildən- dilə ağızdan- ağıza keçən qəhrəmanlıq nəğmələrini, savaş meydanında göstərdikləri misilsiz qəhrəmanlıqları qələmə alıb böyüməkdə olan nəslə, eyni zamanda gələcəyimiz üçün   tarixi örnək olaraq qoruyub saxlamaq qələm adamlarının öhdəsinə düşür.
Yaxın günlərdə Azərbaycan Ordusunun Təlim  TədrisMərkəzində keçirilən tədbir qələmin , sözun, müharibə, savaş dəyərini, qələbə anını əbədi yaşatmaq üğrunda cismani fədakarlığı sözə, hissə çevirərək oxucu öhdəsinə verilməsi uğrunda yazılan dəyərli “Naxçıvan şəhidləri”kitabının təqdimatı ilə bağlı idi. Sairə- publisit Manya Səxavətqızınin  müəllifi olduğu Naxçıvan qəhərmanları haqqında olan bu kitab, tədbir iştirakçıları tərəfindən yüksək həssaslıq vərəğbətlə qarşılandı. Kitab Naxçıvanlı  qəhrəmanlarımızın savaşmeydanından keçən ləyaqətli ömuryolu haqqında təsirli bir dastandır. Kitabın özünəməxsusluğu və  sanki canlı olması təəssuratı yaratması müəllifin hər bir şəhid ailəsi ilə , övladını itirən ana-ana, qardaşını itirən bacı və qardaş, yarını -yoldaşını itirən bir şəhid xanımı ilə həmsöhbət olaraq, hər birinin acısına şərik çıxması, onlarla bərabər o acını yaşamasıdır.
     Kitabın ərsəyə gəlməsində müəllifin çiyinlərinə düşən yükə şərik olan Naxçıvanın dəyərli oğullarından olan Şahin Musayev və kitabın maliyyə xərclərini qarşılayan Bəhruz müəllimə də hər kəs təşəkkür etdi. Niyyətin vətənə yararlı olmaq qədər müqəddəsdirsə, demək ki, sən də bir qəhrəmansan...
Dərd böyük və ləyaqətli olanda onun barəsində deyilən sözdə dəyərli və yaddaqalan olur. Qarabağ bizim qürurlu dərdimiz, adımız,mənliyimiz damarımızdakı qanımızdır. Şanlı vətən müharibəsindən sonra hər birimiz sözun əsl mənasında Qarabağlı olduq. Həm coğrafi baxımdan itirilən ərazimizi qazandıq, həm də bütöv Azərbaycan olaraq   yaşadığı coğrafi məkandan  asılı olmayaraq hər bir nəslin, soyun qanı qarışdı Qarabağ torpağına.  Bu isə Qarabağın əbədilik bizimolacağına və bizim Qarabağlıolmağımıza şəhadət verir.
  Qarabağı himnə, marşa çevirdik. Qarabağ anaların dilindıə ağıya, gözlərində yaşa, qəlbində niskilə döndü, Qarabağ vüqarımızın, şərəfimizin adı,fəxrimizin, qürurumuzun   rəmzidir.
Düşünürəm ki, “Vətənfədailəri” kitabı Qəhrəmanlarımız haqqında yazılan söz qatarının ilki, başlanğıclarından biridir. Hələ qarşıda tariximizi yaşadacaq, qəhrəmanlarımızı mədh edəcək yeni-yeni kitablarla gənc nəslə örnək vərəcəyik.
           
     SƏHƏR ŞIXƏLİ


 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 138

Xəbər lenti