"Mətanət İsgəndərlini Allaha tapşırmışam..."
(2-11-2021, 13:58)

Əməkdar artist Mətanət İsgəndərli dünən yerli telekanala keçmiş gəlini haqqında danışıb.
Sənətçinin keçmiş gəlini Canan Həmidova isə sosial şəbəkədə onun ünvanına ağır sözlər işlədib:
“Mən dünəndən göz yaşlarımı saxlaya bilmirəm. Bilirsiniz nə üçün? Balama, onların belə bir qadının təsiri altında böyüdüyünə görə. Mətanət İsgəndərlini Allaha tapşırmışam və tapşırıram da, bu saxtakar, əzrayıl, qəddar qadını. Mən nişanlı olanda üzüyü qaytardığım zaman nalayiq sözlərlə məni şantaj edən qadını. Çox heyf, aparıcı reklamda başqa söz deyir, efirdə tam başqa. Mənim oğlumdan istifadə edib, uşağımı təhqir obyektinə çevirdi. İndi Tuncayı hər kəs anasını pula satan övlad kimi qınayır. Bu mənə ölümdən də pis acı verir. Mən istəmirəm ki, oğlumu elə qələmə versinlər. Oğlum elə bir uşaq deyil, onu nənəsinin təsiri altında danışdırırlar”.