Hökməli sakinləri hökumətdən İMDAD DİLƏYİR – VİDEO
(31-10-2021, 09:18)

Bu dəfə Hökməli qəsəbəsində baş verənləri işıqlandırırıq. Təəssüflər ki, bu qəsəbə hələ də sosial problemlərdən qurtula bilmir. Hazırda paytaxta, böyük abadlıq və quruculuq işləri aparılsa da, Hökməli qəsəbəsi nədənsə bu tip yeniləşmədən kənarda qalıb. Məsələn, kəndin içinə aparan küçənin məhəllədaxili yolları bərbad vəziyyətdədir. Dərin-kələ-kötür çalalar 10 dəqiqə yağış yağan kimi çirkab suları ilə dolduğundan yol keçilməz olur. Qarşıdan soyuq qış yaxınlaşdığını düşünəndə Hökməlinin lap acınacaqlı durumunu təsəvvür etmək heç də çətin deyil...
Hələ evlərin yerləşdiyi küçələrə qalaqlanan zibildən bəhs edək... Burada küçə boyu aşıb-daşan zibilin yaratdığı üfunətdən bezən insanlar “Hər tərəf natəmizliyin içindədir, antisanitariya şəratində yaşayırıq. Qapı-pəncərəni aça bilmirik, açan kimi üfunət mənzillərimizə dolur”, kimi gileylərini dilə gətirir.
Hökməli sakinləri onu da bildirir ki, Rayon İcra Hakimiyyətinə, "Sukanal" Departamentinə, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Gigiyena və Epidemologiya Mərkəzinə rəsmi məktub göndəriblər.
Ancaq görünən odur ki, məktublar çatdığı ünvanda heç oxunmayıb...
Daha ətraflı videoda:
Ana səhifəyə qayıt
Oxunub: 781
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər