Qənirə Paşayeva Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekovla görüşüb
(29-10-2021, 12:08)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekovla görüşüb.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Görüşdə ikitərəfli mədəni əlaqələr, əməkdaşlıq, Azərbaycan muğam və Özbəkistanın makom sənətinin öyrənilməsi, tədqiqi istiqamətində fikir mübadiləsi aparılıb. Bu sahədə məşğul olan alimlər arasında təcrübə mübadiləsi və iki ölkənin tanıtımı ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, qardaş ölkələrin sənətkarları arasında geniş əməkdaşlığın qurulması məsələsi müzakirə olunub.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva bir-birinə olduqca yaxın olan Azərbaycan və Özbək xalqları, dövlətlərimiz arasında yüksək səviyyədə münasibətlərin qurulmasında ölkə başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında dostluğun xüsusi rolunu qeyd edib.

Azərbaycanın bu günlərdə öz torpaqlarını Ermənistan işğalından azad etməsinin birinci ildönümünü qeyd etdiyini vurğulayan Q.Paşayeva, ölkə başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin aparıldığını söyləyib. Azad edilmiş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən nəinki etnik təmizləmə, bütün infrastrukturun, mədəni abidələrin məhv edildiyini qeyd edən Q.Paşayeva Ermənistanın vandalizm siyasəti həyata keçirdiyini bildirib.
Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr və bu istiqamətdə həyata keçirilən işlərə vurğu edən Q.Paşayeva, Özbəkistanın Qarakalpaqıstan Respublikası və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin yüksək səviyədə keçirilməsinə və bu sahədə verdiyi dəstəyə görə nazirə və bütövlükdə Özbəkistan hökumətinə və dövlətinə təşəkkürünü ifadə edib.

Nazir O.Nazarbekov Azərbaycanı öz torpaqlarını işğaldan azad olunmaası münasibətilə təbrik edib və iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Tərəflər Özbək nazirin Azərbaycana səfərinin hazırlanması, Şuşa və Xivə şəhərləri arasında "Qardaşlaşmış şəhərlər" haqqında müqavilənin reallaşdırılması ilə əlaqədar fikir mübadiləsi aparıb.

Nazir O.Nazarbekova Azərbaycan xalçaçılıq sənətinin unikal nəşri "İrəvan xalçaları" kitabı və Azərbaycan xalçası hədiyyə edilib.
Görüşdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Nəfəs İB-nin rəhbəri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova və bir qrup fəal xanım - Afaq İsmayılzadə, Rəfiqə İsayeva, Canelya Qafarova, Tehran Nağıyeva iştirak edib.
Ana səhifəyə qayıt
Oxunub: 153
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər