Bu məsciddə koronavirus xəstələri üçün pulsuz oksigen konsentratorları paylanır...-İBRƏTAMİZ
(29-10-2021, 12:04)


Bu məsciddə koronavirus xəstələri üçün pulsuz oksigen konsentratorları paylanır...-İBRƏTAMİZ
Krım yarımadasındakı  Beloqorsk(əsl tarixi adı Qarasubazar)  şəhərinin sahibkarları xüsusi müalicəyə ehtiyacı olan koronavirus xəstələri üçün oksigen konsentratorları alıblar. Hazırda  tibbi avadanlıqlar şəhərin Refət Vəliullah adına mərkəzi məscidindədir.
 
 Krım Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, bunu yerli dini icmanın sədri Ablyakim Azizov bildirib.  
 
Müsəlman din xadimi oksigen konsentratorlarının  Beloqorsk rayonunun sahibkarları və dini icmanın vəsaiti hesabına alındığını qeyd edib.  Konsentratorlar oksigen çatışmazlığından əziyyət çəkən koronavirus və digər xəstəliklərə düçar olmuş insanlara xəstəlik müddətində müvəqqəti istifadə üçün pulsuz paylanacaq.
 
“Vəziyyət ağırdır, bütöv ailələr  xəstədir. Bildiyiniz kimi, virus oksigen çatışmazlığına səbəb olur. Sahibkarlarımız və yerli ictimaiyyət ehtiyacı olanlara kömək etməyə çalışır” - deyə Ablyakim Azizov vurğulayıb.
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 68

Xəbər lenti