Mütəxəssis xərçəng riskini azaldan ədviyyat və otları sadaladı...
(29-10-2021, 12:01)

Dietoloq Tatyana Dik darçın, zərdəçal(yaxud üzərlik), kəklikotu, adaçayı("şalfey") və qaraqınıqotunun("duşitsa") qida rasionuna daxil edilməsini təşviq edir, çünki bu ədviyyat və otların istifadəsi xərçəng riskini azalda bilər.
“RİA Novosti”-nin məlumatına görə, ekspertin fikrincə, həmin ədviyyat və bitkilər xərçəng əleyhinə təsir göstərən və sərbəst radikallarla mübarizə aparan antioksidantlarla zəngindir.
Darçının qan şəkəri səviyyəsini aşağı saldığı, ürək xəstəliyi riskini azaltdığı, beyin funksiyasını yaxşılaşdırdığı və arıqlamağa kömək etdiyi məlumdur.
Tibb mütəxəssisinin sözlərinə görə, kəklikotu soyuqdəymə zamanı da faydalıdır, adaçayı həzm pozğunluğuna, qaraqınıq isə mədə-bağırsaq traktının fəaliyyətinə yaxşı təsir göstərir.
Ana səhifəyə qayıt
Oxunub: 152
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər