QARA BAĞRIM - ŞƏHİD ADLIM...
(26-10-2021, 14:09)

Əllərimiz hələ isti ovuclarda sıxılanda, dizlərimiz təpərtutmamış aglımıza dolan bir doğmalıq var: Vətən adlı... Kim söylədi,anlatdı bilə-bilmərik. Anamızın südüylə, laylasıyla qanımıza yeridi, canımıza-qanımıza işlədi vətənlə doğulduq ilk başdan...
Müqəddəslərimizi sayanda Ana və Vətən kəlmələri bəzən yerini dəyişdi. Amma mənəvi dəyərini,ruhumuza dua kimi oxunan ilahi əzəmətini heç dəyişmədi. Bəzən ANA VƏTƏN, bəzən də VƏTƏN ANA oldu bizə...
İlahi həqiqətlər təhlilə buraxılmaz, olduğu kimi hər kəsin ruhunda  süzülüb dərk olunar. Heç vaxt valideynimizdən təpki almadıq: bax ha vətən müqəddəsdir! Amma əvəzində hər birimiz heç olmasa ömrümüzdə bir dəfə də olsun torpağı balaca ovuclarımızda sıxıb onunla dilsiz cismani ünsiyyətə girdik. ”Mən” imizin məhz ondan ibarət olduğunu dərk etdik.. Bəs onda niyə sevməyək torpağımızı, canımızı fəda etməyək bizi biz edən, bizdən yoğrulan, bizim yoğrulduğumuz bu ilahi qisməti?
Müharibənin necə acı bir fəlakət olduğunu hələ tam dərk edib bitirincə artıq ilk şəhidlərimizi dəfn etməyə başladıq və beləcə alışdıq ŞƏHİDLƏŞMƏYƏ...
Başladığımız yol bizi zirvəyə qədər apardi. Şuşa zirvəsinə qədər. Qələbə zirvəsinə qədər.. Başladığımız yol Azərbaycan tarixinin yeni həmdə qanla yazılan şərəfli qələbəsini doğuran qəhrəmanlıq tarixi idi. Qazandığımız qələbə şirin olduğu qədər qələbənin qurbanları da biz Azərbaycan xalqı üçün dəyərli, unudulmaz və əbədiyyən müqəddəsdir.    
Bu günlərdə en yeni müharibə tariximizin qəhrəmanlarından olan Fərhad Məhərrəm oğlu Babayevin anım günü  qeyd olundu. Tədbir qəhrəman şəhidimizin Siyəzən rayonunda dəfn olunan məzarını ziyət etməklə başladı. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzov, RPŞ-in əməkdaşları, rayonun ağsaqqalları və rayon ictimaiyyəti iştirak edirdi. Tədbir şəhidin ruhuna dualar oxunmaqla başladı. İştirak edən qonaqlar Fərhadın bütün Azərbaycan üçün dəyərli, unudulmaz bir övlad olduğu qeyd etdilər.Dahasonra tədbir Şəhidin yaşadıği evin qarşısında davam etdirildi. Tədbirdə Suraxanı Rayon İcra  Başçısı Əziz Əzizov, SRPŞ-nin əməkdaşları iştirak edirdilər. Tədbirdə çıxış edənlər şəhidlərin və onların ailələrinin xüsusi ehtirama layiq olduqlarını xüsusi vurğulayaraq  şəhid Fərhad Babayevin valideynlərini qürurla təbrik edərək möhtəşəm qələbədə Fərhadın da payı olduğunu vurğuladılar. 
Şəhidin anım günündə valıdeynlərə ən çox qürur verən Müdafiə Nazirliyinin bir qrup əməkdaşının  tədbirə qatılması və Fərhadın timsalında bütün şəhidlərimizin ruhuna ehtiram göstərmək borcunun  hər bir azərbaycanlının qüruru və fəxarət rəmzi olduğunu qeyd etmələri oldu. Nazirliyin nəfəs alətləri orkestrinin vətənpərvərlik ruhunda çıxışları Fərhadın əbədiyaşar olduğuna inam hissi aşılayırdı...
Yaşadığımız günlər şəhidlərimizn anım günləri ərəfəsi.. Fərqi yoxdu -sənin qardaşın, mənim atam... Fərhad olsun adı.. Yaranan yeni nəslə edilən dualardan ən fərəhlisi olacaq bu... Ruhun daha da pərvaz, şad... İnsanlığın fövqündə duran şəhidim.. Anan gözyaşlarını düz bir il yanaqlarında qurutdu, hıçqırığını ciyərlərində boğdu... Təki sənin ruhun şad olsun... eh... Fərhad... Hələ dastanlar yazılacaq şəninə şəhidim...

SƏHƏR ŞIXƏLİ  (mən uşaqkən şəhid olan  23 yaşlı körpə Şıxəli qardaşımın ruhu şad olsun...)






шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 205

Xəbər lenti