Məktəblərdə summativlər ləğv olunur? – RƏSMİ CAVAB
(20-10-2021, 11:59)

Hazırda ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları ilə bağlı dəyişiklik nəzərdə tutulmayıb.

 

Bu barədə Təhsil Nazirliyindən  bildirilib.

 

Qeyd edilib ki, qaydalarda dəyişiklik olduğu təqdirdə bütün ümumi təhsil müəssisələrinə və ictimaiyyətə müvafiq məlumatlar veriləcək.

 

Məlumat üçün bildirək ki, təhsilalanların məktəbdaxili qiymətləndirməsi (summativlər) Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” ilə tənzimlənir.

 

Qeyd edək ki, kurikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.

 

Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmə əsasında şagirdlərin illik qiymətləri formalaşır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 168

Xəbər lenti