“2021 Məktəblilərarası LEGO olimpiadası” keçiriləcək
(13-10-2021, 11:30)


“2021 Məktəblilərarası LEGO olimpiadası” keçiriləcək
Qərbi Kaspi Universiteti hər il olduğu kimi bu tədris ilində də məktəblilər üçün olimpiada, hackathon, müsabiqə, sərgi və konfransın təşkilini həyata keçirir. 2021/2022-ci tədris ilinin I yarımilini məktəblilər üçün LEGO robototexnika platforması üzərindən olimpiadanın keçirilməsi ilə başlayır. Olimpiada 9-11-ci sinif şagirdləri arasında keçiriləcək. 
 
Olimpiadada iştirak etmək üçün məktəblilər qeydiyyatdan keçməlidirlər. 
 
Qeydiyyat linki: //lego.wcu.edu.az/
 
Olimpiadanın kateqoriyaları və iştirak şərtləri: 
 
1. LEGO Sumo
 
Qərbi Kaspi Universiteti Texnoparkı tərəfindən keçiriləcək olan təlimlər bitdikdən sonra 6 saat ərzində komandalar tərəfindən əvvəldən təyin olunmuş ölçü və çəkiyə uyğun olaraq LEGO SUMO hazırlanmalıdır. Daha sonra yarışma cədvəlinə uyğun olaraq LEGO SUMO-ların döyüşü keçiriləcək. Döyüşdə məqsəd rəqib komandanın robotunu döyüş meydanından çıxartmaqdan ibarətdir. 
 
Şərtlər: 
 
• Komandalar 2 nəfərdən ibarət olmalı
• Təlim və seminarlarda mütləq iştirak etməli
• Hazırlanacaq LEGO Sumo robot yarış qaydalarına uyğun hazırlanmalı
• Çəkisi: 1000 qram (maksimum)
• Ölçüləri: eni 200 mm, uzunluğu 200 mm, hündürlüyü limitsiz
 
2. LEGO Rally 
 
Təlimlər sonrası məktəblilər onlara ayrılacaq olan 6 saat ərzindən sürətli, çevik və təyin olunmuş xətt üzrə hərəkət edə biləcək LEGO avtomobili hazırlamalıdırlar.  Cədvələ uyğun olaraq komandalar öz LEGO yarış maşınlarını xəritə üzrə hərəkət etdirməli və finiş xəttinə ən tez çatan maşın qalib olacaqdır. 
 
Şərtlər:
 
• Komandalar 2 nəfərdən ibarət olmalı
• Təlim və seminarlarda mütləq iştirak etməli
• Hazırlanacaq LEGO Rally robotunda Texnopark tərəfindən veriləcək hissələrdən əlavə heç bir hissə istifadə olunmamalı 
 
3. LEGO freestyle 
 
Məktəblilərdən ibarət komandalar öz ideyaları əsasında onlara təqdim olunmuş LEGO EV3 vasitəsi ilə sərbəst olaraq öz robotlarını hazırlamalıdırlar. Münsiflər heyətinə təqdim olunacaq robotlar əvvəldən müəyyən olunmuş kriteriyalara əsasən qiymətləndiriləcək. 
 
Şərtlər: 
 
• Komandalar 2 nəfərdən ibarət olmalı
• Təlim və seminarlarda mütləq iştirak etməli
• Hazırlanacaq sərbəst robotlarda əlavə heç bir detal istifadə olunmamalı 
• Layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir.
 
 
MÜKAFATLAR
 
Olimpiadada olacaq 3 fərqli kateqoriya üzrə ayrılıqda qaliblər seçiləcəkdir. Qalibləri və bütün iştirakçılar Qərbi Kaspi Universiteti tərəfindən müxtəlif hədiyyələr gözləyir.
 
I Yer – Arduino peşəkar dəsti 
 II Yer – Arduino əsas dəsti 
 III Yer – Arduino başlanğıc dəsti 
 
Eyni zamanda bütün iştirakçılar Qərbi Kaspi Universitetinin Mexatronika və robototexnika, Mexanika və Cihazqayırma mühəndisliyi ixtisaslarına qəbul olacaqları təqdirdə təhsil haqqında əlavə güzəşt və təqaüd almaq şansına malik olacaqlar.
Tarixlər: 
 
Müraciətlərin son qəbulu: 23 oktyabr, 2021-ci il 
Təlimlər və olimpiada günləri: 1-30 noyabr, 2021-ci il
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031