Azərbaycanda məktəbli koronadan vəfat etdi
(13-10-2021, 10:30)


Azərbaycanda məktəbli koronadan vəfat etdi
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
 
Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Kamil İslam oğlu Əsgərov oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
 
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.
 
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən K. Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.(Unikal.org)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 71

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031