"Əsgər ölmür, Şəhid olur" - fotolar
(9-10-2021, 09:59)

 
Bu gün Xətai rayon 204 saylı tam orta məktəbin geniş akt zalında "Əsgər ölmür,Şəhid olur" adlı tədbir keçirildi.Tədbir 44 günlük Vətən  müharibəsində Şanlı tarix yazan şəhidlərimizdən biri olan Məmmədov Əli Abbas oğlunun anım gününə həsr olundu.
Şəhidimizin 24 illik qısa,lakin şərəfli ömür yolu - Əli Abbas oğlu Məmmədov 1997-ilin soyuq Dekabrında Naxçıvan MR Şərur rayonunun Maxta kəndində zəhmətsevər bir ailənin övladı olaraq dünyaya göz açmışdır.Həmin kənd məktəbini nümunəvi şagird olaraq bitirən Əli 2017-2018-ci illərdə qaydasız döyüş (MMA) idmanı ilə məşğul olmuş,bir çox Beynəlxalq və Respublika səviyyəli yarışların qalibi olmuşdur.2019-cu ildə hərbi xidmətə yollanmış,2020-ci ildə hərbi xidməti bitirən Əli Məmmədov müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Vətənin müdafiəsi üçün Orduda xidmətini davam etdirmişdir.
Əli Məmmədov 23 Oktyabr 2020-ci il Qubadlının azad edilməsi zamanı gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhadətə qovuşur.Qəhrəman şəhidimiz doğulub boya-başa çatdığı Maxta kəndində torpağa tapşırılıb.Ölümündən sonra dünyaya göz açan oğul övladı Əli atasının şərəfli adını daşıyır.  
Bu gün şəhidimiz Əli Məmmədovun anım günündə Vətənin müdafiəsində qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.Sonra isə Azərbaycan himninin səsləndirilməsi ilə şəhidin adını daşıyan 3-cü sinifin hərbi formada olan fidan balalarımız zirvələrdə hər zaman əzəmətlə dalğalanan üçrəngli, Ay-ulduzlu bayrağımızı səhnəyə gətirdilər.Bu xoş mənzərə müəllim və şagird kollektivi ilə tədbir iştirakçılarını daha çox qürurlandırdı.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Ziba Rzayev torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq, son damla qanlarıyla vuruşub canlarından keçmiş  şəhidlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq səhifəsindən qürur hissi ilə geniş və əhatəli çıxış etdi.
Ziba müəllimə həmçinin məktəbin ayrı-ayrılıqda siniflərə qəhrəman şəhidlərimizin adlarını əbədiləşdirmək üçün - demək olarki ilk təşəbbüskarı ,3-cü sinifin rəhbəri Lətafət müəllimənin əməyini yüksək qiymətləndirərək,təşəkkürünü bildirdi.Anım günü iştirakçıları və şəhidin yaxın qohumları çıxış edərək,şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi və müqəddəs ruhlarına dualar oxundu.Oğul itkisinə mətanətlə dözən şəhidimizin anası Seyran Ana məktəbin müəllim və şagird kolletivinə,həmçinin  tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Tədbir başa çatdıqdan sonra şəhidin anası və qazilərimiz ilə xatirə olaraq şəkillər çəkildi.
 
RƏSMİYYƏ HEYBƏTAĞAQIZI















 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 244

Xəbər lenti
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031