Sosial şəbəkə böhranı: Udan və uduzanlar
(5-10-2021, 09:30)

Xəbər verdiyimiz kimi, istifadəçilər “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problemlə üzləşiblər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, problem lokal deyil, qlobal xarakter daşıyır.
Qeyd olunan sosial platformaların ardınca bəzi ölkələrdə istifadəçilər “Twitter” sosial şəbəkəsinə, “Google” axtarış sisteminə, “Amazon” platformasına, "TikTok" tətbiqinə daxil olmaqda problem yaşayıblar. “Twitter” artıq fəaliyyətini bərpa etdiyini bildirib.
Vəziyyəti izləyən ekspertlər deyir ki, problemin yaranmasına səbəb daxili təxribat, kiber hücum ola bilər.
“Facebook”, “Instagram” və "Whatsapp"ın 1 saatdan çox işləməməsi onların 160 milyon dollardan çox vəsait itirmələrinə səbəb olub. Gündəlik 2 milyarda yaxın aktiv istifadəçisi olan "Facebook"un səhmlərinin dəyəri günortadan sonrakı hərraclarda 5.5% azalıb.
İstifadəçilər adıçəkilən sosial şəbəkələrdə yaranmış problemdən sonra “Telegram”a üz tutublar. Kütləvi axın fonunda “Telegram”da da zənglər əlçatmaz olub və platformanın sürəti zəifləyib. “Telegram” rəsmi olaraq bildirir ki, hazırda “WhatsApp”dan gələn istifadəçilərə görə serverlərdə yavaşlama yaşanıb.
“Telegram” və “Twitter”də son bir saatda istifadəçi sayı sürətlə artıb.
Ana səhifəyə qayıt
Oxunub: 120
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






