Araik Robert Köçəryanla görüşdən niyə imtina etdi?..
(4-10-2021, 15:59)

44 günlük savaşın ilk günlərində Qarabağa gələn terrorçu eks-prezident Robert Köçəryan separatçı rejim başçısı Arayik Arutyunyanla görüşməyə çalışıb. Lakin Araik görüşdən imtina edib. Bəs nədən?
Moderator.az xəbər verir ki, Ermənistanın Politiko.am saytında eyni mövzuda bəhs edilən materialda bu suala belə cavab verilib.
“Arutyunyanın yaxınları ötən müharibəni yaşamış, həm də xarici əlaqələri yaxşı olan eks-prezidentlə görüş təklifini niyə rədd etdiyini anlamağa çalışıb. Arayik Arutyunyan bildirib ki, Köçəryanla görüşəcəyi təqdirdə vəziyyətə nəzarət onun əlinə keçəcək və müharibə müsbət nəticə ilə başa çatdıqda ermənilər qələbəni Köçəryanın adı ilə əlaqələndirəcəkləri üçün o və Paşinyan çox tez zamanda hakimiyyətlərini itirəcəklər” –erməni nəşri belə yazır.
Ana səhifəyə qayıt
Oxunub: 52
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər