Laçındakı Rusiya hərbçiləri məzuniyyətdən dönən erməni hərbçiləri Qarabağa buraxmır?..
(4-10-2021, 15:58)


Laçındakı Rusiya hərbçiləri məzuniyyətdən dönən erməni hərbçiləri Qarabağa buraxmır?..
Əsgər Rusiya sərhədçilərinə(!-S.L.) hərbi biletini təqdim edib və onun  mülki vətəndaş yox, hərbçi olduğu aydın bilinib və bu səbəbdən Qarabağa girməsinə icazə verilməyib…”
 
Təki belə olsun...
 
Son günlər Azərbaycan torpaqlarının hələ də ermənilər yaşayan hissəsinə və “Laçın dəhlizi” deyilən əraziyə nəzarət edən Rusiya sülhməramlı(?) hərbi kontingenti barəsində  ölkəmizin mənafeləri üçün müsbət informasiyalar da yayılmağa başlayıb.  Ancaq bunların  nə dərəcədə dəqiq olduğunu demək mümkün deyil. Məsələn, oktyabrın 1-də erməni mənbələri  guya Rusiya hərbçilərinin Azərbaycanın Xocavənd rayonunun Sos kəndi ərazisindəki qədim Amaras məbədimiz üzərindəki  separatçı-terrorçu rejim əski parçasının  guya qəti şəkildə birdəfəlik endirib və ermənilərdən bir daha məbəd üzərinə heç  bir bayraq sancmamağı tələb edib...
 
Moderator.az xəbər verir ki, dünən Ermənistanın “Hraparak” nəşri daha bir  maraqlı məlumat yayıb. Belə ki,  son aylarda Qarabağda hərbçi kimi xidmət edən Ermənistan vətəndaşlarının  məzuniyyətə  çıxdıqdan sonra yenidən Qarabağdakı  xidmət yerlərinə, yəni oradakı işğalçı hərbi hissələrə qayıtması mümkün olmur...
 
“Oxşar hadisə haqda bir neçə gün əvvəl bir əsgər atası məzuniyyətdə olan oğlunun Qarabağ sərhədini keçməsinə və hərbi hissəyə qayıtmasına icazə verilməməsindən şikayətləndikdə eşitdik. Əsgər Rusiya sərhədçilərinə(!-S.L.) hərbi biletini təqdim edib və onun  mülki vətəndaş yox, hərbçi olduğu bilinib və bu səbəbdən Qarabağa girməsinə icazə verilməyib. Halbuki o, pasportla sərbəst şəkildə sərhədi keçə bilərdi. Əsgərin xidmət məntəqəsinə qayıtmasının niyə qadağan edildiyini anlamaq cəhdləri nəticəsiz qalıb. Və xidmətdən yayınmaq istəmədiyi üçün hərbi qeydiyyat məntəqəsindən Ermənistandakı hərbi hissələrdən birinə göndərilib...
 
Bu, qoşunların yavaş -yavaş düşmənin istəyi ilə Qarabağı tərk etməsinin daha bir sübutudur, tezliklə Artsax Respublikasının sərhədlərini düşmən təcavüzlərindən qorumaq üçün Artsaxda heç bir erməni əsgəri qalmayacaq”- deyə erməni qəzeti yazır.
 
Belə çıxır ki, Laçındakı sərhəd-keçid məntəqəsindəki Rusiya hərbçiləri Qarabağda  xidmət etmiş erməni hərbçilərinin  Ermənistandan geri qayıtmasına icazə vermirlər. Bir sözlə, Azərbaycanın Qarabağ torpaqlarında Ermənistan hərbçilərinin qalmasını istəmirlər. Təki belə olsun...
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 58

Xəbər lenti