"ATV-nin izləyicilərini Space telekanalına cəlb edəcəyik"
(30-09-2021, 12:52)


 

Tanınmış aparıcı, prodüser İlkin Həsəni uzun müddətdir ki, çalışdığı "ATV" telekanalından ayrılaraq "Space" kanalına keçid edib. 

Moderator.az- a danışan İlkin Həsəni bizimlə söhbətində yeni layihələrindən və ATV-dən çıxma səbəbindən danışıb.

-    Uzun müddətdir ki, çalışdığınız kanaldan ayrılmısınız. Hazırda "Space" telekanalında yeni layihə ilə başlayacağınızı qeyd etmisiniz. Bu mövsüm İlkin Həsənini hansı layihədə görəcəyik? 


-    “Space” telekanalına yeni layihə ilə gəlmişəm. Hazırda o layihənin  dekor işləri tamamlanmaq üzrədir. Başa çatdıqdan sonra oktyabr ayında yeni layihəyə başlayacağıq. Səhnə tipli böyükmiqyaslı bir layihə olacaq. Orada müxtəlif səhnəciklər göstəriləcək. Mən də orada aparıcı kimi iştirak  edəcəm.

-“Space”-ə digər kanaldakı layihələrinizləmi gəlmisiniz? 


- “Buğlama”nı da götürüb “Space” kanalına gəlmişəm. Bu layihə 3 mövsüm ATV-də nümayiş olundu.  4-cü mövsüm də artıq  "Space"-də göstəriləcək. Oktyabr ayında hər həftənin şənbə günü tam yeni bir “Buğlama”  ilə "Space"  telekanalında olacağıq.  Digər layihəmiz də bazar günləri nəzərədə tutulub. Bu gündən etibarən Space televiziyasına yeni gələn aparıcıların həm "Space" televiziyasının rəsmi “İnstagram”, həm “Youtube”-da, həm “Facebook” kanalında xüsusi təqdimatda video çarxları yayımlanacaq. 

- Bu mövsümdə “Space” telekanalına yeni simalar gəldi. Sizcə o simalar kanalı baxımlı edə biləcəklərimi?  Eyni zamanda,  hind filmləri göstərən bir kanal stilindən çıxarmağa qadir olacaqlarmı? 


-Təvazökarlıqdan  uzaq olsa da deyim ki, bu əvvəlki “Space”-dən daha yaxşı olacaq. Kanalın son 15 il ərzindəki reputasiyası hansı vəziyyətdə idi? Kanal sırf Hindistan filmləri ilə tanınırdı.  “Space”- kanalı deyəndə ilk Hindistan filmləri yada düşürdü. May ayından etibarən kanala təyin edilmiş yeni rəhbər- Müşfiq Hətəmov bununla bağlı çalışır. Onunla  yanaşı ATV- də icraçı direktor işləmiş Rauf Dadaşov da bu kanaldadır. Kanalda hazırda böyük işlər görülür.  Bir ilə gördüyümüz işləri çalışırıq ki, bir neçə aya sığdıraq.
 "Space" oktyabr ayından  yeni layihələr və yeni simalarla tamaşaçıların görüşünə gəlir.  Onu da deyim ki, kanal oktyabr ayından HD yayıma keçəcək. Kanalın görüntüsü, keyfiyyəti də müəkəmməl olacaq. 

-Siz kifayət qədər televiziyada tanınmış simasınız. Son anda ATV-dən çıxıb "Space" kanalına keçid etməyiniz bir qədər  təəccüb doğurdu. Sizi bu addımı atmağa nə vadar etdi?   


-Artıq 20 ildir ki, televiziyadayam. Bir neçə il bundan əvvəl  Vüqar Qaradağlı və onun komandası, eyni zamanda Rauf Dadaşovla dostluq bağlarımız yarandı. Bu gün də Rauf Dadaşov artıq “Space” kanalındadır.
Bilirsiniz ki, 2013–cü ildən etibarən müstəqil şəkildə “İlk” media olaraq fəaliyyət göstərirəm. Serial və  filmlər çəkib onu televiziya kanallarına nümayiş etdiririk, bəzən də satırıq. Hazırda mən də komandamla “Space” kanalında  müqaviləyə əsasən işlər görəcəyik. Ola bilər ki, gələcəkdə nəinki “Space”,  digər kanallar da layihələrimizi yayımlayaq. 

-Sizcə “Space”-in  tamaşaçıları o layihələri qəbul etməyə hazırdırlarmı?   Bu zamana qədər “Space” hind  filminə və toy verilişlərinə baxan tamaşaçıları öz ətrafına toplayıb axı.   


- “Space”-in tamaşaçıları ilə yanaşı, digər kanallarda bizi izləyən tamaşaçıları da cəlb edəcəyik. Düşünürəm ki, həmin o tamaşaçılarla bərabər illərdir ATV-də bizi sevən, izləyən tamaşaçıları da "Space" -ə cəlb edəcəyik. Bu tamaşaçılar üçün də birdən-birə çətin dövr olacaq.  Getdikcə öyrəşəcəklər.  Hind kinolarını da izləmək istəsələr “Yotube”-dan izləyə bilərlər. 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 81

Xəbər lenti