"Qalatasaray"ın oyunu ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib
(29-09-2021, 09:54)

Fransada "Marsel" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək UEFA Avropa Liqasının qrup oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
Hüquq-mühafizə orqanları iki komandanın azarkeşləri arasında baş verə biləcək qarşıdurmadan narahatdır. Son vaxtlar Fransada futbol matçları zamanı fanatlar arasında tez-tez insident yaşanır.
Bu məqsədlə polislər qarşılaşmanın oynanılacağı "Velodrom" stadionu və ətrafında, həmçinin şəhərin mərkəzində gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Marsel" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Report.az)
Ana səhifəyə qayıt
Oxunub: 100
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |
Seçilənlər






