Qarabağdakı rus sülhməramlıların komandanı yenə dəyişib - FOTO
(25-09-2021, 13:52)


Qarabağdakı rus sülhməramlıların komandanı yenə dəyişib - FOTO
Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.
 
Görüş zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.
 
Xatırladaq ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.  (Apa.az)
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 102

Xəbər lenti