27 sentyabr- Anım günü İtaliyada da qeyd olunacaq
(24-09-2021, 18:41)

27 sentyabr - Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərin xatirəsinə həsr olunan Anım Günü İtaliyanın Siciliya vilayətindəki Kataniya şəhərində də qeyd olunacaq.
Musavat.com bildirir ki, bu barədə Azərbaycanın Kataniya şəhərindəki Fəxri Konsulluğu məlumat yayıb. Məlumata görə Anım Günü ilə əlaqədar sentyabrın 27- də saat 18:00- da (Bakı saatı ilə 20:00-da) "S. Camillo ai Mercedari" kilsəsində tədbir keçiriləcək.
"Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərin xatirəsini Kataniyada da yad edilməsi İtaliya ilə Azərbaycan dostluğunu daha genişləndirir və möhkəmləndirir",- deyə Azərbaycanın Kataniyadakı fəxri konsulu Domeniko Koko qeyd edib.
//www.metroct.it/catania-omaggia-le-vittime-azere-del-2020-s-messa-lunedi-prossimo-presso-la-chiesa-di-s-camillo-ai-mercedari/