İnternet sürətlərini seçmək imkanı verən xidmət aktivləşib
(24-09-2021, 14:40)

Artıq buna ehtiyac qalmayıb.
Ötən gündən nazirlik ADSL xidməti üzrə internet sürətini seçməyə imkan verən xidməti yenidən aktivləşdirib.
Əvvəldən bu xidmət mövcud olsa da, aktiv deyildi.
ADSL üzrə endirimə uyğun internet sürəti əldə etmək üçün istifadəçilər e-Gov.az portalında və ya NRYTN saytında e-xdimətlər içərisində “ADSL xidmətinə qoşulma” elektron xidmətini seçərək müvafiq dəyişiklikləri etməlidir.
İnformasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz deyib ki, e-Gov.az portalı bərbad vəziyyətdədir:
“Bildiyim qədər nazirlik GPON, ADSL və digər texnologiyalar üzrə internet xidmətlərin vahid mərkəzdən təqdim edilməsi, xidmətlərdə dəyişiklik edilməsi imkanlarının yaradılması məqsədilə portal da hazırlayır.
ASAN-nın EHİM qurumu da hələlik nə MyGov -u tam işlək vəziyyətə gətirə bilib, nə də e-Gov.az-I yeniləyə bilib. Hədsiz pərakəndəlik var bu sahədə”.