Bu gün Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasinda (MAF) iclas keçirildi - FOTO
(21-09-2021, 18:53)

İclasda Federasiya prezidenti İlqar Rəhimov ölkədə abilimpiya hərəkatının təbliğ edilməsinin, abilimpiyaçıların cəmiyyətdə tanıdılmasının vacib olduğunu qeyd edərək bildirib ki, bu məqsədlə müxtəlif sərgi və tədbirlər keçirilməlidir.
MAF-ın prezidenti İlqar Rəhimov bildirdi ki, Federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edir.
İ.Rəhimov: “Abilimpiya hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özənüməşğulluq proqlamlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya Hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda özəl sektoru təmsil edən qurumlar da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görülür.”
Eyni zamanda, İ.Rəhimov Vətən müharibəsində iştirak etmiş qazilərin də bu hərəkata cəlb edilməsi ilə bağlı işlərin aparılması üçün müvafiq tapşırıqlar verib.
İ.Rəhimov bildirdi ki, 2022-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Bu yarışlarda əlilliyi olan şəxslər 100-dən çox peşə sahəsində öz bacarıqlarını göstərəcəklər.


Ana səhifəyə qayıt
Oxunub: 93
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər