Azərbaycanda 31 yaşlı jurnalist vəfat edib
(20-09-2021, 13:31)


Azərbaycanda 31 yaşlı jurnalist vəfat edib
Caliber.Az kollektivi ağır itki ilə üzləşib. Tanınmış tarixçi və jurnalist Zaur Mehdiyev ötən gecə gözlənilmədən dünyasını dəyişib.
 
1990-cı il təvəllüdlü Zaur Mehdiev Belarus Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, Qafqaz Albaniyası tarixi üzrə ixtisaslaşmışdı. O, yerli jurnalistikada da iz qoyub, Azərbaycanın bir sıra mətbu orqanları ilə əməkdaşlıq edib. Caliber.Az-da qısa müddət işləməsinə baxmayaraq, o, tanınmış xarici siyasətçilər və ekspertlərlərdən çoxlu müsahibələr almışdı.
 
Həmkarımızın vaxtsız ölümü onu tanıyan hər kəs üçün ağır sarsıntı oldu. O, mehriban, yardımsevər və şən insan idi.
 
Biz də onun ölümündən kədərləndiyimizi bildirir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk! Zaur Mehdiyevi əla jurnalist, tarixçi və həmkar kimi həmişə xatırlayacağıq.
 
Allah rəhmət eləsin!
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 76

Xəbər lenti