Xalq-iqtidar birliyi uğurların əsas şərtidir
(20-09-2021, 12:57)

 Qürurla deyə bilərik ki, İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir və Azərbaycan xalqının qan yaddaşında əbədi qalacaq. Bu, Azərbaycan xalqının əyilməz ruhunun, Vətəninə olan sevgisinin təntənəsi idi və tariximizə qızıl hərflərlə həkk olundu. Vətən müharibəsində qələbənin əldə olunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisası döyüş meydanında alındı, Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Heç şübhəsiz ki, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmayıb. Bu mənada, milli qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olan Qələbə ədalətin təntənəsi idi və bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsi şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb: “Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirdiyi kimi Azərbaycan bundan sonra müzəffər ölkə, Ermənistan isə məğlub edilmiş ölkə kimi yaşayacaq. Çünki Azərbaycan Ordusu Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovdu, Ermənistan ordusu məhv edildi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. Artıq Ermənistan tam dərk etməlidir ki, Azərbaycan istənilən hərbi vəzifəni icra edə bilər və onu heç kim dayandıra bilməz. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və ölkəmizin hərbi qüdrəti durmadan artır. Müasir texnika ilə təchizat, keçirilmiş təlimlər, hərbi sənayenin yaradılması, ordumuzun döyüş potensialının və maddi-texniki bazasının gücləndirilməsi məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir: Söz yox ki, Azərbaycan bundan sonra da güclənəcək, o cümlədən hərbi gücü də artacaq. Müharibədən sonra yeni müqavilələr imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların alınması prosesi başladı. Azərbaycan II Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, hərbi gücünü daha da artıracaq. Ermənistanın isə nəinki hərbi gücünü, dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, sosial-iqtisadi vəziyyəti də bərbad olaraq qalacaq. İkinci Qarabağ müharibəsi xalqımızın təntənəsi və Zəfəri kimi nəsillər ötdükcə ürəklərdə yaşayacaq. Bu Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, bütün dünyada haqq ədalətin, beynəlxalq hüququn bərpasını da təmin etmiş oldu. Prezident İlham Əliyev hər zaman deyirdi ki, biz ərazilərimizdə ikinci erməni dövlətinin qurulmasına heç vaxt imkan verməyəcəyik. Təbii ki, bu, belə də oldu. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bu gün azad olunmuş ərazilərimzidə icra olunan işlər onu deməyə imkan verir ki, Qarabağ torpaqları cənnətə çevriləcək. 30 ilə yaxın əziyyət çəkən qaçqın və köçkünlərimiz öz doğma yurdlarına tezliklə qayıdaraq layiqli həyat yaşayacaqlar. Bütün bu uğurlara imza atmağımızın əsasında Prezident İlham Əliyevin nəyin necə, nə vaxt lazım olduğunu yaxşı bilməsi dayanır. Bütün işlər müəyyən olunmuş proqram və qrafik üzrə aparılır. Nəzərdə tutulmuş vaxtda da qaçqınlarımız öz doğma yurdlarına mərhələli şəkildə qayıdaraq firavan həyat quracaqlar. Azərbaycan Respublikası güclüdür, qalibdir və Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə doğru inamla irəliləyir. Bu gün qürurla deyə bilərik ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və ölkəmiz çoxəsrlik tarixi boyunca heç vaxt indiki qədər güclü olmayıb. Bu uğurun əsas təkanverici qüvvəsi isə xalq-iqtidar birliyidir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam bəslənir. Müharibə və onun uğurlu nəticələri də xalq-iqtidar birliyini bir daha nümayış etdirdi.

Ofelya Rəhimova,
YAP Göygöl rayon təşkilatının Yeni Qızılca kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədriшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 372

Xəbər lenti