Rusiyada səsvermə üç gün davam edəcək
(17-09-2021, 11:15)

Rusiyada Dövlət Dumasına seçkilər üçün üç günlük səsvermə başlayıb.
Rusiya vətəndaşları Dövlət Dumasının deputatlarını seçəcək. Eyni zamanda 39 bölgədə qanunverici məclislərə, doqquz bölgədə isə birbaşa region başçılarının seçkiləri keçiriləcək. Daha üç subyektdə parlament üzvlərinin səsverməsi ilə valilər seçiləcək.
İlk olaraq yerli vaxtla səhər 08:00-da (Bakı vaxtı ilə 00:00) Çukotka və Kamçatkadakı seçki məntəqələri açılıb.
Qeyd edək ki, 2021-ci ildə Rusiyada vahid səsvermə günü sentyabrın 19-na təyin edilib. Ancaq bütün ölkə üzrə seçki məntəqələri üç gün - 17, 18 və 19 sentyabrda işləyəcək.(oxu.az)
Ana səhifəyə qayıt
Oxunub: 63
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər