"Türkiyə ordusu vurulacaq" - Putindən şok hədə
(17-09-2021, 11:07)

Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə görüşdən sonra səsləndirdiyi fikirlər geniş müzakirə mövzusuna çevirilib.
Putin hazırda Suriyada ən böyük problemin xarici qüvvələr olduğunu irəli sürüb. O deyib:
"Məncə hazırda Suriyada ən böyük problem xarici silahlı qüvvələrdir. BMT-nin və sizin (Əsədə xitab edir) tələb etmədiyiniz halda ölkənin bəzi bölgələrinə yerləşiblər. Ölkənin bəzi cəbhələrində nəzarət altına alınması çətin olan terrorçu hücumları davam edir".
Türkiyəli şərhçi Taha Dağlı bildirib ki, Putinin bu bəyanatı yaxın vaxtlarda Türkiyə ordusunun olduğu İdlib bölgəsinə hücumların olacağına işarə edir. Şərhçi hesab edir ki, Putin Türkiyənin adını çəkməsə də, xarici qüvvələr deməklə ilk növbədə türk hərbçiləri nəzərdə tutur.
Qeyd edək ki, ötən həftə İdlibdə 3 türkiyəli hərbçi şəhid olub. Məsuliyyəti terrorçular üzərinə götürsə də, bu təsadüfi hücum hesab olunmur.(kanal.az)
Ana səhifəyə qayıt
Oxunub: 52
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər