Müəllim ömrü şagirdlərin həyat yolunu işıqlandırmaq üçün yanan çırağa bənzər. Gözlərinin nuru ilə neçə ailəyə işıq olar müəllim. Ən böyük qazancı isə tələbələrinin uğuru hesab edərlər. Belə pedaqoqlarımızdan biri də Nuranə xanımdır. Bəli, bu gün bir müəllim ömrünün 38-ci baharıdır.
Bu gün "Zirvə" kuslarının "Fizika" və "Məntiq" kitablarının müəllifi Nuranə Həsənova Sayad qızının özəl günüdür. Bu münasibətlə saytımızın və "Zirvə" kurslarının kollektivi, xüsusilə də həyat yoldaşı Xəyal bəyin və ailəsinin adından ürəkdən təbrik edirik, yeni tədris ilində uğurlarının davamımı və yeni kitabların işıq üzü görməsini arzu edirik.
Bir neçə kitab müəllifi olan Nuranə müəllimə kim bilir neçə tələbənin uğur hekayəsinin müəllifidir. Bəlkə də bir müəllim ömrü bir kitaba sığmaz, axı hər qələmi min ömrə naxışdır. Hər naxışı gələcəyə baxışdır. Qələminiz iti, canınız sağlam olsun, əziz Nuranə müəllimə!